Arktikada temperatur 9 dərəcə artacaq
14.03.2019
Arktikadakı istiləşmənin cari yüzillikdə 2 dərəcə çox artmasına mane olmaq mümkün olmayacaq.
"Dövran Media" xəbər verir ki, bu məlumat BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatında yer alıb. Hesabatda 2050-ci ilə qədər Arktikada temperaturun 1986-2005-ci illər arasındakı orta temperaturdan 3-5 dərəcə çox olacağı vurğulanıb. Bu artımın 2080-ci ilə qədər 5-9 dərəcə təşkil edəcəyi bildirilib:
"Atmosferə buraxılan zərərli qazlar tam kəsilsə belə, Arktikada qış aylarında temperatur artımı azalmayacaq. 2100-cü ilə qədər bu artım XX əsrin sonlarında qeydə alınan orta temperaturdan 4-5 dərəcə yüksək olacaq”.