21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

NASA iki qalaktikanın toqquşmasının fotoşəkilini yayıb

13.03.2019


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Herkules bürcündə iki qalaktikanın toqquşmasının fotoşəkilini yayıb.
"DM" NASA-nın saytına istinadla xəbər verir ki, "Hubble” teleskopu Yer planetindən təxminən 230 işıq ili uzaqlıqda yerləşən NGC 6052 adlı obyekti qeydə alıb. Hələ 1784-cü ildə həmin obyekti ingilis astronomu Uilyam Herşel kəşf edib. Alim əvvəlcə onu "düzgün olmayan” formada qalaktika adlandırıb, lakin sonradan astronomlar uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən ediblər ki, NGC 6052 iki qalaktikanın toqquşmasından yaranan göy cismidir.
Astronomlar bildirirlər ki, Yer kürəsinin daxil olduğu Süd Yolu qalaktikasını da onun qonşusu Andromeda ilə toqquşma gözləyir. Onların hesablamalarına görə, bu hadisə təqribən 4 milyard ildən sonra baş verəcək.