Minlərlə insan işdən azad ediləcək
13.03.2019
Almaniyanın "Volkswagen” şirkəti 2023-cü ilə qədər yeddi minə yaxın əməkdaşını işdən azad edəcək. Bunun əvəzində isə elektronika və proqram təminatı sahələrində iki min yeni iş yeri yaradılcaq.
"DM" xarici KİV-ə istinadla xəbər verir ki, əməkdaşların sayının azaldılmasına səbəb şirkətin gündəlik işlərini avtomatlaşdırmasıdır. Şirkətdən verilən məlumatda rəqəmsal dövrə keçidi sürətləndirmək məqsədilə 19 milyard avro dəyərində investisiya yatırılacağı da bildirilir. "Volkswagen”in gələcək planlarında maddi xərcləri azaltmaq, məhsuldarlığı artırmaq yolu ilə qazanc əldə etmək kimi məsələlər də yer alır.