Türkiyədən PKK-ya sarsıdıcı zərbə
13.03.2019
Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Siirt bölgəsində keçirdiyi növbəti antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına qarşı daha bir sarsıdıcı zərbə vurulub.
Əməliyyatda terrorçulara məxsus dörd sığınacaq məhv edilib. Sığınacaqlarda külli miqdarda partlayıcı, silah və sursat, terrorçuluqda istifadə olunan digər ləvazimatlar aşkar olunub.