Generallar Moskvada toplaşacaq
13.03.2019
Martın 14-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək.
Bu barədə MDB İcraiyyə Komitəsində məlumat verilib.
MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının nəzdində yaradılıb. Komitənin sədri Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovdur.