Türkiyədə iki zəlzələ
13.03.2019
Türkiyənin Çanaqqala vilayətində gün ərzində iki zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanların gücü Rixter cədvəli ilə 3,7 və 3,4 bala bərabər olub.
Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.
Hadisə nəticəsində hər hansı bir fəsad qeydə alınmayıb.