Bakıya yeni aviareys
13.03.2019
Rusiyanın "Ural Hava Yolları” aviaşirkəti aprelin 5-dən Samara-Bakı-Samara marşrutu ilə uçuşlara başlayır.
"DM" aviaşirkətə istinadla xəbər verir ki, uçuşlar "Airbus А320” təyyarələri ilə həyata keçiriləcək. Bir istiqamət üzrə aviabiletin qiyməti isə 97 avrodur.
Hazırda aviaşirkət Yekaterinburqdan Bakıya və Moskvadan Lənkərana uçuşlar həyata keçirir.