Venesuelada elektrik təchizatı bərpa edilib
13.03.2019
Venesuelanın elektrik təchizatında yaranan böhran praktiki olaraq tam aradan qaldırılıb.
Interfax informasiya agentliyi bu barədə Venesuelanın informasiya naziri Xorxe Rodrigesə istinadla məlumat yayıb.
"Hazırda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat demək olar ki, tam bərpa edilib”, - deyə nazir Karakasda yerləşən "Miraflores” prezident iqamətgahında jurnalistlər qarşısında çıxış edərkən bildirib.
Rodriges ölkə ərazisinin 80 faizində elektrik təminatının kütləvi şəkildə kəsilməsinin kiber hücum səbəbindən baş verdiyini deyib. Bir qədər əvvəl Venesuelanın hakimiyyət orqanları insidentə görə ABŞ-ı ittiham etmişdi.
Eyni zamanda, nazir "enerji müharibəsinin” davam etməsi səbəbindən əhalini sayıqlıq göstərməyə çağırıb.