Azərbaycanda bu ölkənin 26 şirkəti rəsmi fəaliyyət göstərir
13.03.2019
Azərbaycanda bu ölkənin 26 şirkəti rəsmi fəaliyyət göstərir
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, iki ölkənin biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir: "Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb. Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir”.
Ş.Mustafayev Riyad Ticarət və Səudiyyə Palatasının hər iki ölkənin iş adamlarının təmsil olunacağı Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan tərəfinin müsbət yanaşdığını qeyd edib.