21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyənin baş naziri: "Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır"

15.03.2018

"Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir".
Bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
B. Yıldırım bildirib ki, ikili standartlara son qoyulmalıdır: "Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar".
Türkiyə baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantılarından birinə Türkiyənin ev sahibliyi etmək istədiyini bildirib.
"DM"