21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

1300 saxta əlillik ləğv edilib

13.03.2019

Bu günədək ölkədə 1300-dən çox saxta əlillik ləğv edilib.
Bu sözləri Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
Nazir saxta əlilliyin müəyyən edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirildiyini bildirib:
"Aşkar edilən saxta əlillik faktları nəticəsində dövlət büdcəsinə 3 milyondan çox vəsait bərpa edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxta əlilliyin verilməsində səhvə yol vermiş vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb”.
Nazir əlavə edib ki, mart ayından əlilliyə görə pensiya təminatının elektronlaşması nəzərdə tutulub və Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə çərçivəsində çox önəmli qərarlar qəbul edilib.
"Təqdim olunan böyük həcmli vergi güzəştləri, inzibati tədbirlərin təkmilləşdirilməsi nəticəsində artıq bu ilin ilk aylarından müsbət nəticələr əldə edilib” - deyə nazir qeyd edib.
Nazir onu da bildirib ki, təkcə iki ayda bu sahədə 50 mindən çox artım qeydə alınıb:
"Mart ayının 5-nə olan məlumata görə, ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb. Bunların 40 mini məhz özəl sektorda əmək pensiyalarının artımından irəli gəlir. Bu rəqəmlər aparılan islahatların uğurlu şəkildə həyata keçirilməsinə bir nümunədir. İlk iki ayda əmək müqavilələrinin sayı 50 mindən çox artması formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına xidmət edir”.
Nazir bildirib ki, ölkədə qeyri-formal məşğulluğun dəqiq qiymətləndirilməsi mümkün deyil:
"Ən inkişaf etmiş ölkələrdə qeyri-formal məşğulluğun həcmi 20-30 faiz civarındadır. Qeyri-formal məşğulluq bütün dövlətlərdə var, bunun qiymətləndirilməsi üçün müxtəlif təcrübələr mövcuddur. Ona görə də ölkəmizdə qeri-formal məşğulluğun faizini birmənalı olaraq qiymətləndirmək çətindir. Lakin dinamika ilə baxdıqda irəliləyişlər müşahidə edirik. Əgər əmək müqavilələrinin sayı iki ayda 53 min artırsa, il ərzində bu sahədə ciddi irəliləyişlərin olmasına imkan yaradır. Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər yaxşı görünür. Bu gün Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycanda böyük bir kəsim pay torpağı, fərdi sahibkarlar və muzdlulardır. Bizim əsas məqsədimiz muzdluların sayının artırılmasıdır. Bu da gələcəkdə onların pensiya təminatına imkan verəcək. Qeyri-formal məşğulluğun həcminin dəyərləndirilməsi üçün müxtəlif kriteriyalar var. Bizim ora pay torpaq sahiblərini aid etməyimizdən çox şey asılıdır. Əgər kənd təsərrüfatında çalışanları formal məşğulluq kimi qəbul etsək, Azərbaycanda vəziyyət heç də pis deyil”.