21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dini icmalara şəhadətnamələr təqdim edilib

13.03.2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
DQİDK-nın mətbuat xidmətindən  bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət tərəfindən din sahəsinə göstərilən diqqət və qayğı hər zaman özünü büruzə verir. Onun sözlərinə görə, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır. Qeyd edib ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən çox dini qurum qeydiyyatdan keçib.
Milli mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan sədrin birinci müavini bu məqsədlə DQİDK-nın tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən S.Salahlı icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.
Dini icma sədrləri vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.
Sonda dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.