Yaponiya Rusiyaya etiraz edib
13.03.2019
Yaponiya Cənubi Kuril adalarında keçirilən təlimlərə görə Rusiyaya etirazını bildirib.
"DM" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu barədə etiraz Rusiya tərəfinə diplomatik kanallar vasitəsilə çatdırılıb. Bununla yanaşı qeyd edilir ki, Tokio şimal torpaqları məsələsinin əhəmiyyətini, ərazi mübahisəsinin həllinin vacibliyini vurğulayaraq, Rusiya tərəfi ilə sülh müqaviləsinin imzalanması üçün danışıqları davam etdirəcək.
Martın 12-də Kuril adalarında motoatıcı bölmələrin iştirakı ilə ağır şəraitdə hücum əməliyyatının keçirilməsi təlimlərinə başlanıb. Təlimlərdə 500 hərbiçinin və 70 texnikanın, o cümlədən tankların iştirak etdiyi bildirilir.