UEFA Lyakazettin cəzasını azaltdı
13.03.2019
UEFA "Arsenal"ın futbolçusu Aleksandr Lyakazettin cəzasını azaldıb.
"Dövran Media" xəbər verir ki, Avropa Liqasının 1/16 finalının BATE ilə ilk oyununda rəqibini dirsəklə vuran fransalı hücumçunun üç oyunluq cəzası ikiyə endirilib.
Bu isə o deməkdir ki, artıq BATE ilə cavab oyununu və 1/8 finalda "Renn"lə keçirilən ilk görüşdə meydanda olmayan futbolçsu Fransa klubu ilə cavab matçında oyuna çıxa bilər. UEFA bununla London klubunun apellyasiya şikayətini qismən təmin edib.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm Avroliqada 4 oyuna 1 qol vurub.