İctimai şuraların səlahiyyəti artırılır
12.03.2019
Bununla bağlı "İctimai iştirakçılıq haqqında” qanunun 1-ci maddəsinə (Əsas anlayışlar) dəyişiklik təklif olunur.
Dəyişikliyə görə, ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü sırasına hüquqi şəxslər əlavə edilir.
Bundan əlavə, ictimai şuraların səlahiyyətləri sırasına ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji qiymətləndirilməsi (SEQ) ilə bağlı ictimai dinləmə təşkil etmək səlahiyyəti daxil edilir.