Ağ Ev 110 F-35 almağı planlaşdırır
12.03.2019
ABŞ-ın 2020-ci il üçün planlaşdırılan büdcə layihəsində 110 qırıcı təyyarənin alınması nəzərdə tutulub.
Sözügedən sənəd Ağ Evin rəsmi saytında dərc olunub.
"2020-ci ildə büdcə 110 döyüş təyyarəsinin alınması və təxminən iki zirehli tank briqadası döyüş qrupunun modernizasiyasını nəzərdə tutur”, - mətndə bildirilir.
Sənədin detalları dərc olunmasa da, Hərbi Hava Qüvvələrinin investisiya proqramının taktiki qırıcılara, beşinci nəsil F-35 təyyarələrinin alışına yönələcəyi göstərilib.
Hərbi Dəniz Qüvvələri və dəniz piyadaları üçün də yeni F-35-lərin alınması nəzərdə tutulub.