Türkiyə Belçikaya NOTA VERDİ
11.03.2019
Bu gün ölkənin Ankaradakı səfiri Maykl Malherbe Xarici İşlər Nazirliyinə çağırılıb və Belçikada PKK-nın fəaliyyətinin qanuni sayılmasını nəzərdə tutan qərarla bağlı etiraz notası ona təqdim edilib.
Qeyd edək ki, ötən həftə Belçika Ali Məhkəməsi PKK-nın terror təşkilatı deyil, silahlı mübarizə aparan təşkilat kimi tanımaqla bağlı qərar qəbul edib.