Təyyarə qəzasından xilas olan sərnişinin yaşadıqları
11.03.2019
Ötən gün Efiopiyadan Keniyaya uçarkən qəzaya uğrayan təyyarənin sərnişinlərindən yalnız bir nəfər sağ qalıb.
"Dövran Media" xəbər verir ki, təyyarəyə bilet almış sərnişinlərdən biri gecikdiyi üçün nəqliyyat vasitəsinə buraxılmayıb. Bu, Yunanıstan vətəndaşı Antonios Mavropolulosdir.
Mavropolulos təyyarəyə cəmi 2 dəqiqə gecikdiyini bildirib:
"Mən insanların təyyarəyə necə mindiyini gördüm. Məni buraxmadıqları üçün çox qəzəbli idim”.
Onun sözlərinə görə, qəza barədə məlumat yayılan kimi polis tərəfindən saxlanıb. Belə ki, o, təyyarəyə minməyən yeganə sərnişin olub:
"Mənimlə qəza arasında əlaqə yox idi, çünki əşyaların yanımda idi. Buna görə də məni çox dindirmədilər”.
Qeyd edək ki, baş vermiş dəhşətli qəzada 149 sərnişin və 8 heyət üzvü hamısı həlak olub.