157 sərnişinin olduğu təyyarə qəzaya düşdü
10.03.2019
Efiopiadan Keniyaya uçan "Ethiopian Airlines” şirkətinə aid Boinq 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Dövran Media" xəbər verir ki, təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub.
***
Efiopiya Nazirlər Kabineti sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
"Təyyarədə 157 sərnişin olub. Baş nazirin ofisi hökumət və xalqın adından təyyarədə yaxınlarını itirən ailələrə başsağlığı verir”, - baş nazir Abiy Əhməd Əli Tvitter səhifəsində yazıb.