Türkiyə təyyarəsi burulğana düşdü: 30 yaralı var
10.03.2019
"Turkish Airlines” şirkətinin İstanbul-Nyu York reysi ilə uçan təyyarəsi hava burulğanına düşüb.
"Dövran Media" xəbər verir ki, bu barədə NBC informasiya yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 326 sərnişin və 21 heyət üzvü olub. Təyyarə Kennedi adına Nyu York hava limanına enərkən güclü silkələnmə baş verib. Xilasetmə xidməti əməkdaşlarının sözlərinə görə, 30 nəfər xəsarət alıb.