03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nəsibə Zeynalovanın xatirə günüdür

10.03.2019

Bu gün Azərbyacaın xalq artisti, görkəmli aktyor, gülüş ustası Nəsibə Zeynalovanın xatirə günüdür. 
2004-cü il martın 10-da böyük sənətkar bu fani dünyaya əlvida deyib.
Azərbycan teatrsevərləri arasında "Qaynana" kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə ildə Bakıda doğulub. 
Atası Kərbəlayi Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahagir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirdi. 
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. 
Nəsibə xanım unudulmaz aktyordur və uzun illər Azərbaycan səhnəsinin əvəzolunmaz aktrisası kimi onun bütün rolları tamaşaçılar tərəfindən maqarla izlənilib. 
Onun qəhrəmanları bu gün də xalq tərəfindən sevə-sevə yada salınır, film və tamaşalar populyarlığını saxlayır. 
"Dövran Media" bildirir ki, Nəsibə Zeynalovanı sənət dostu, tanınmış aktyor Novruz Qartal Modern.az-a danışarkən aktrisa ilə bağlı xatirələrini bölüşüb:
"Mən Nəsibə Zeynalovanın evində boya-başa çatmışam, çörəyini yemişəm. O mənə "oğlum" deyərdi, mən ona "ana". Oğlu Cahangirlə də həmişə bir yerdə olmuşuq. Nəsibə xanım gözəl aktrisa olmaqla yanaşı, gözəl ana idi. O, çox sadə, mehriban, səmimi  insan olub.  Nəsibə xanım heç zaman özünü yuxarıdan aparmayıb. Sənəti  isə göz qabağındadır, bütün millət  ona vurğundur. Biz Nəsibə xanımla bir çox qastrol səfərlərində olmuşuq, "Hicran" tamaşasında, "Məhəbbət oyunu"nda , "Gözün aydın", "Durna" və bir çox tamaşalarda onunla tərəf müqabili idik".
N.Qartal deyir ki, Nəsibə Zeynalova həm də gözəl biş-düş edərdi:
"Nəsibə xanım Azərbaycan tarixində zirvədə olan yeganə sənətkardır və ona çatmaq qeyri-mümkündür. İstər bir ana, istər ev xanımı, istərsə də sənətkar olaraq çox gözəl insan idi. O həmçinin dadlı yeməklər bişirirdi. Hətta bütün geyimlərinin rəssamı da özü olub. Geyimindən tutmuş hərəkətlərinə qədər sadə idi. Ömrünün sonuna kimi saç düzümünü dəyişmədi. Ciddi geyimləri sevirdi, heç vaxt qoluaçıq, dekolte geyinməzdi. Hərtərəfli qadın idi. Əlindən hər iş gəlirdi. Onun kimi dadlı "Arzuman küftəsi" bişirən yox idi".
Müsahibimiz sonuncu dəfə Nəsibə xanımla xəstə olarkən görüşüb:
"Ümumiyyətlə Cahangir burda olmadığı üçün  hər zaman onu tədbirlərə mən aparırdım. Lakin son günlərində artıq yeriyə bilmirdi.
Nəsibə xanıma teatr xadimi medalı vermişdilər. O da medala baxıb "Adə, bu qızıldı?" dedi. Bununla da dünyasını dəyişdi. Allah ona qəni-qəni rəhmət etsin".