ABŞ-dan növbəti F-35 qərarı
09.03.2019
Ərdoğan Qərbə arxasını çevirərək Türkiyənin irəlləməsini sabotaj edir.
"Dövran Media" xəbər verir ki, bu sözlər amerikalı yazar Devid İqnatiusun "Vaşinqton Post”da dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, artıq amerikalı rəsmilər F-35-ləri istehsal edən "Lokhid Martin”dən təyyarənin Türkiyədə istehsal ediləcək hissələrinin hazırlanması üçün alternativ bölgə axtarmasını istəyiblər:
"Ərdoğanın indiki situasiyada S-400-lərdən imtina etmək fikri yoxdur. ABŞ-dən gələn bütün xəbərdarlıqlara rəğmən Ərdoğan fikrindən imtina etmir. Ona görə də artıq amerikalı rəsmilər F-35-ləri istehsal edən "Lokhid Martin”dən təyyarənin Türkiyədə istehsal ediləcək hissələrinin hazırlanması üçün alternativ bölgə axtarmasını istəyiblər”.
İqnatius məqaləsində ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelmanın "Vikiliks”də dərc olunan hesabatına diqqət yetirərək, onun "Ərdoğan, xüsusilə xarici siyasətdə siyasi dinamikləri yanlış dəyərləndirməyə gətirib çıxaracaq özəlliklərə sahibdir” fikrinə yer verib.