Öcalana dəstək aksiyası keçirən deputatlar... - VİDEO
09.03.2019
Türkiyə polisi Diyarbəkirdə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) mənzil qərargahında əməliyyat keçirib.
"Dövran Media" xəbər verir ki, partiya qərargahının qapısını qırıb içəri girən polis 7 nəfəri həbs edib.
Qeyd olunur ki, PKK lideri Abdulla Öcəlan üçün aclıq aksiyası keçirən HDP-li deputat Leyla Güvənə dəstək verən 10-dan çox şəxs partiyanın ofisində aksiya keçirirmiş. Aksiyada partiyanın Diyarbəkirdən seçilən deputatlarının hamısı iştirak edirmiş.
Axşam saatlarında qərargaha gələn polisin içəri daxil olmasına deputatlar maneə olub. Polis partiya binasının qapısını qıraraq içəri girməli olub və aclıq aksiyası keçirən 7 nəfəri həbs edib.