Çin: ABŞ-la savaşmaq heç kimə xeyir gətirmir
09.03.2019
Çin və ABŞ son bir ildə dərk ediblər ki, tariflərin qarşılıqlı artırılması tərəflərdən heç birinə fayda gətirməyib.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Ticarət nazirinin müavini Van Şouven deyib.
Onun sözlərinə görə, hazırda tərəflər bütün səylərini bu istiqamətdə razılıq əldə etmək üçün səfərbər ediblər.
O, hazırda ABŞ və Çin arasında yaranan situasiyanın investorların əminliyini azaltdığını bildirib.