UEFA “Qarabağ” ilə oyunla əlaqədar “Arsenal”ı cəzalandırıb
09.03.2019
UEFA-nın İntizam Komitəsi İngiltərənin "Arsenal” futbol klubunu cəzalandırıb.
Buna UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Londonda keçirilən "Arsenal” – "Qarabağ” görüşündə əlində qondarma "Dağlıq Qarabağ respublikası”nın bayrağı olan azarkeşin meydana çıxması və görüşün gec başlaması səbəb olub. İngiltərə təmsilçisi 15 min avro məbləğində cərimə ödəyəcək.
Xatırladaq ki, həmin görüşdə London klubu 1:0 hesabı ilə qalib gəlmişdi.