21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ağsu dolayında tunel tikiləcək

08.03.2019

Ağsu dolaylarında yolun əsaslı təmir edilməsi ilə bağlı Azərbaycan Hökuməti və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış "Azərbaycan Magistral Avtomobil yolu” layihəsi üzrə Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış Kredit Sazişi çərçivəsində "Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsi üzrə alternativ yol oxunun seçimi və texniki-iqtisadi əsaslandırma”nın hazırlanması nəzərdə tutulur
Bu Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilir ki, alternativ yol oxunun seçilməsi və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün beynəlxalq rəqabətli tender keçirilib və İtaliyanın "NET Engineering S.p.A” məsləhətçi şirkəti ilə müqavilə imzalanıb. Mürəkkəb geoloji quruluşa və coğrafi mövqeyə malik ərazidə kifayət qədər dərin şəraitdə tunelin tikilməsi şərti ilə həyata keçirilməsi nəzərdə tutulan yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır.