Timoşenko prezidenti həbslə hədələdi
08.03.2019
Ukrayna prezidentliyinə namizəd, "Batkivşina” partiyasının lideri Yuliya Timoşenko prezident seçkilərində qalib gələcəyi təqdirdə, hazırkı dövlət başçısı Petro Poroşenkonu cinayət məsuliyyətinə cəlb etməklə hədələyib.
"Dövran Media"nın məlumatına görə, bu barədə Y. Timoşenko Ukraynanın Lb.ua internet nəşrinə müsahibəsində bildirib.
"Mən vədimə əməl edəcək, onun üç dostunu həbs etdirəcəyəm. Əgər onlar Poroşenkonun əleyhinə ifadə versələr - onlar isə bunu mütləq edəcəklər - onda Poroşenko Cinayət Məcəlləsi üzrə cavab verəcək”, - deyə Timoşenko vurğulayıb.
Timoşenko Poroşenko və ətrafını korrupsiya cinayətlərində ittiham edib.
Ukraynada prezident seçkiləri bu il martın 31-də keçiriləcək. Dövlət başçısı postuna başlanğıcda 44 nəfər namizədliyini verib, sonradan isə onlardan 5-i namizədliyini geri götürüb.