Rusiya və Türkiyə gəmiləri QARA DƏNİZDƏ
08.03.2019
Rusiyanın Qara dəniz Hərbi Donanmasının gəmiləri Türkiyə Hərbmi-Dəniz Qüvvələri ilə birgə hərbi təlimdə iştirak edib.
"Dövran Media"nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya və Türkiyənin PASSEX birgə hərbi təlimində Rusiyanın "Vasıliy Bıkov” patrul və minaaxtaran "Valentin Pikul” gəmiləri, Türkiyənin "Burqazada” korveti və "Akçay” minaaxtaran gəmiləri iştirak edib.
Hərbi təlimdə Qara dəniz akvatoriyasında birgə hərəkət və mümkün minalanmış zonaların axtarışı həyata keçirilib
Qeyd edək ki, türk hərbçilər Türkiyə Hərbi Dəniz Donanmasının 6-8 mart tarixlərində keçirdiyi "Mavi Vətən 2019” hərbi təlimi çərçivəsində Rusiyanın Novorossiysk limanına gəliblər. Limana baş çəkmək hərbi manevrin elementlərindən biridir.