23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

PKK üzvü Bakıdan belə qaçmaq istədi

07.03.2019

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
"Dövran Media" xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Türkiyə səfirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin  nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. Təqsirləndirilən Duman Özgür də Türkiyəyə ekstradisiya olunmasını istəyib.
Məhkəmə təqdimatı təmin edib və D.Özgürün ölkəsinə ekstradisiya edilməsinə qərar verib. 
Belə ki, D. Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək 7 il 6 ay həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra  eyni əməllərə görə axtarışa verilib. 
O, Türkiyədən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Burada  Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib. 
Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.