Zərif Bakıya gəlir - Səbəb
14.03.2018
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
"Dövran Media" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Zərif martın 15-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin ilk dördtərəfli görüşündə iştirak edəcək.
Bundan sonra Zərif Astana şəhərində keçiriləcək İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli sammitində iştirak etmək üçün Qazaxıstana gedəcək.