ABŞ təyyarəsi ələ keçirildi - VİDEO
07.03.2019
Rusiyaya məxsus "Su-27" tipli qırıcı təyyarə ABŞ Hərbi-Hava Qüvvələrinin Baltik dənizi üzərində uçan "RC-135" tipli kəşfiyyat təyyarəsini ələ keçirib.
"Dövran Media" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Amerika təyyarəsi Rusiya sərhədini keçmək istəyib.
"Hədəfin ələ keçirilməsi üçün hava hücumundan müdafiə üzrə növbətçi qüvvələr heyətindən "Su-27"qırıcısı havaya qaldırılıb. Vəzifəsini uğurla başa vurduqdan sonra təyyarə bazaya qayıdıb", - deyə məlumatda qeyd olunub.