21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Taksilərə əlavə tələblər qoyuldu

07.03.2019

Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobillərinə dair tələblər müəyyənləşib.
"Dövran Media"nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.
Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı, "Yol hərəkəti haqqında” qanuna uyğun saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri kimi müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. Taksi minik avtomobilləri kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, "B” və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir.
Taksi minik avtomobilləri "ABS” əyləc sistemi, salonunormal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.
Beynəlxalq hava limanında sərnişin daşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərinə dair əlavə tələblər aşağıdakılardan ibarətdir:
- ən azı "avro-4” ekoloji standartına uyğun olmalıdır;
-. xüsusi proqram təminatı (internet üzərindən taksi sifarişi, SMS məlumatlandırma) olmalıdır.
Taksi minik avtomobillərinin xarici tərtibatına dair tələblər də müəyyənləşib. Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi "taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur), hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Eyniləşdirmə nömrəsi, loqo, qısaldılmış ad və ya abreviatura və çağrı mərkəzinin nömrəsi hər bir avtomobilin banında ön sağ və sol qapılarının üstündə yerləşdirilməlidir. Hərf və rəqəmlərin hündürlüyü 80 mm olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır.
Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olmalıdır. Fərqləndirici nişanlar trafaret üzrə və ya dekalkomaniyaüsulu ilə (boya ilə) çəkilməlidir. Taksi minik avtomobillərinin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında həmin avtomobilin boş və ya dolu olduğunu bildirən, müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan xüsusi işıq cihazı yerləşdirilə bilər. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin yanlarında "Airport taxi” fərqləndirici nişanı olmalıdır./ona/