Bu telekanal terror təşkilatı elan edildi
06.03.2019
İsrail HƏMAS-a məxsus "Əl-Əqsa” telekompaniyasını terror təşkilatı kimi tanıyıb.
"Dövran Media" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu fərman imzalayıb.
Qərar İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin və Milli Əks-Kəşfiyyat Komandanlığının (ŞABAK) məsləhətlərinə uyğun olaraq ölkənin "Terrorla Mübarizə Qanunu” əsasında qəbul edilib.