Tatarıstanın Almeteyvsk şəhərindəki avtoservislərin birində "Volksvagen Tuareq” avtomobilində partlayış baş verib.
"Dövran Media" xəbər verir ki, hadisə baş verən vaxt sürücü avtomobilin içində olub.
Partlayışın gücündən avtomobilin lyuku dağılıb. 57 yaşlı sürücü əl, üz və boyunundan aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Partlayışa avtomobildəki texniki nasazlıq səbəb olub.