Pakistan və Hindistan arasında növbəti TOQQUŞMA
05.03.2019
Pakistan Hərbi Dəniz Qüvvələri Hindistana məxsus sualtı qayığın ölkənin su sərhədlərini pozmasının qarşısını alıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Pakistanın Hərbi Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.
Donanmadan verilən açıqlamada səhər saatlarında Hindistana məxsus sualtı qayığın Pakistan sularına daxil olmaq istədiyi, lakin Hindistanın su sərhədlərinə qayıtmağa məcbur edildiyi qeyd edilib.
"Müasir texnologiyaya sahib Hindistan sualtı qayığının Pakistan donanması tərəfindən aşkar edilməsi Hindistan donanmasının zərərinədir”, - açıqlamada deyilib.