Rasim Balayev görüşə niyə çağırılmadı? - Nazirdən AÇIQLAMA
05.03.2019
Rasim Balayev və digərləri prezident İlham Əliyevlə növbəti görüşlərə mütləq dəvət ediləcək
"Dövran Media" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, R.Balayev və bir neçə digər Xalq artistinin görüşə dəvət edilməməsində xüsusi məqam yoxdur:
"Rasim Balayevlə bizim yaxşı dostluq mümasibətlərimiz var. Sadəcə bu gün 270 Xalq artisi, ziyalılar və 1300-dən çox Əməkdar incəsənət xadimi var. Biz onların hər birini dəvət etsəydik, Heydər Əliyev sarayında onlara yer olmayacaqdı. Gələcəkdə bu görüşlərin sayı artırılacaq və dəvət edilməyən bütün ziyalılar dəvət ediləcək. Görüşdən kənarda qalan ictimai xadimlərdən, ziyalılarımızdan üzrxahlıq edirəm. Gələn dəfə onlar dəvət ediləcək”.