Türkiyə parlamentində GƏRGİNLİK: CHP və MHP əlbəayağa +VİDEO
13.03.2018
Türkiyə BMM-də CHP-çilərlə MHP-çilər arasında əlbəayağa dava düşüb.
"Dövran Media" xəbər verir ki, dava parlamentə təqdim edilən 26 maddəlik seçim ittifaqı təklifinin qəbulundan sonra başlayıb.
Parlamentdə çıxış edən CHP millət vəkili Musa Çamın MHP lideri Dövlət Baxçalının keçmişdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi sitatlardan birini xatırlatması tərəflər arasında davanın başlamasına səbəb olub. Belə ki, Musa Çamın üzərinə hücum çəkən AKP və MHP deputatlarına CHP millət vəkilləri mane olub.
Davadan sonra kobud sözlər söyləməsi əsas gətirilərək, Musa Çamın parlamentin 3 iclasına buraxılmaması haqqında qərar verilib. Çamın parlament zalından çıxarılması zamanı yenidən dava yaşanıb. Polis MHP və CHP deputatları arasındakı davanı güclə sakitləşdirib.
Davadan sonra CHP MHP sədri Dövlət Baxçalıdan üzr istəyib.