Azərbaycan mətbəxi Türkiyədə
05.03.2019
Ankarada Azərbaycan mətbəxi günləri keçirilir.
"Dövran Media" Trend-in məlumatına istinadən xəbər verir, bununla bağlı tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyə parlamentinin sabiq spikeri Cəmil Çiçək, xarici ölkələrin səfirləri iştirak ediblər. Səfir qeyd edib ki, tədbirin məqsədi şəhəri və yerli sakinləri Azərbaycan mətbəxi və mədəniyyəti ilə tanış etməkdir.