Trampın rəqibindən GERİ ADDIM
05.03.2019
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə CNN informasiya yayıb.
Xanım Klinton bundan sonra yazıçı, aktivist və nənə kimi həyatından zövq almağa çalışacağını qeyd edib.
Xatırladaq ki, 2016-cı il prezident seçkilərində Hillari Klinton Donald Trampa məğlub olmuşdu.