Qərb "Türk axını" ilə bağlı zəmanət verməlidir - Rusiya
04.03.2019
Avropa Birliyindən "Türk axını" qaz boru kəmərinin ikinci qolunun tikintisi ilə bağlı geri addım atmayacağı barədə təminat almaq lazımdır.
"Dövran Media" xəbər verir ki, bu açıqlama ilə Rusiya hökumətinin rəsmisi Sergey Prihodko çıxış edib.
"Zəmanət almaq qəti şəkildə lazımdır. Rus qazının daşınacağı marşrutun yekun təsdiqi zamanı Avropa Komissiyasının mövqeyi diqqətə alınacaq. "Cənubi axını" hekayəsinin təkrarlanmasını istəmirik", - Prihodko qeyd edib.