“Eurovision-2019”un biletlərinin satışında QALMAQAL
04.03.2019
İsrailin KAN ictimai televiziyası may ayında Təl-Əvivdə keçiriləcək "Eurovision-2019” mahnı müsabiqəsinə biletlərin bütün satışlarını müsabiqənin rəsmi satıcısı tərəfindən qaydaların pozulması şübhəsi ilə martın 3-də dayandırıb.
"Dövran Media" xəbər veirir ki, Azərtac bunu "The Times of Israel”ə istinadla bildirir.
KAN-ın bəyanatında deyilir ki, teleşirkətin nəzarət komitəsi ötən həftə satılan yüzlərlə biletin qazanc məqsədi ilə yenidən satılması barədə şübhələrini bildirdikdən sonra ictimai televiziya bütün satışları əlavə bildiriş verilənə qədər dayandırmağa göstəriş verib. KAN-dan bildiriblər ki, nəzarət komitəsi müsabiqə arenasında ən yaxşı yerlərə yüzlərlə biletin ictimaiyyətə deyil, idman xadimlərinə və media menecerlərinə satışı prosesinə müxtəlif tərəflərin müdaxilə etmək cəhdlərini müəyyən edib ki, bu da ictimai televiziyanın prinsiplərinə tamamilə ziddir.
Bu şübhələr aradan qaldırılana və qanunsuz satılan biletlər ictimaiyyətə qaytarılana qədər bütün satışlar dondurulacaq. İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan KAN məmurlarının şübhələrini araşdırmağa göstəriş verərək deyib: "İsraili rüsvay etmək üçün bu tarixi və fərəhli hadisədən istifadə edilməsinə yol vermək olmaz”.