Bu gün XİN başçıları görüşəcəklər
04.03.2019
"Dövran Media" xəbər verir ki, bu gün Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya, və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov toplantıda iştirak edəcək.Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.