03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu məhsul çox XEYİRLİDİR

04.03.2019

"Dövran Media” xəbər verir ki, Taftsa Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, pomidorda olan karotenoidli likopin pigmenti qaraciyər piylənməsinin, xərçəng və iltihabı xəstəlıklərin inkişafını azaldır.
Bu barədə MedicalXpress-də məlumat verilib. Tədqiqat zamanı yeni doğulmuş siçanlara qaraciyərdə bədxassəli şişlərin formalaşmasına kömək edən kanserogen daxil edilmişdir. Üstəlik gəmiricilər yüksək yağlı yeməklərlə qidalandırılıblar. Bundan başqa heyvanların bir qrupuna isə əlavə pomidor tozu verilib. Müəyyən olub ki, likopen müxtəlif faydalı mikrofloranın sayını artırmaqla iltihabın əmələ gəlməsinə səbəb olan bəzi bakteriyaların qarşısını alır. Həmçinin, qeyri-sağlam pəhrizin səbəb olduğu qaraciyər piylənməsinin və xərçəng xəstəliyinin əmələ gəlmə riskini azaldır. Bundan başqa, alimlər pomidor tozunun likopenə nisbətən daha təsirli olduğunu da göstəriblər. Bu, dıgər faydalı birləşmələrlə yanaşı pomidorda olan E, C vitaminləri, folatlar, minerallar, fenolik birləşmələr və qida liflərinin mövcudluğu ilə izah olunur.
"DM"