ABŞ-dan ərəblərə XƏBƏRDARLIQ
04.03.2019
ABŞ ərəb dövlətlərinə Suriya Prezidenti Bəşər Əsədlə münasibətlərini bərpa etməyə mane olmağa çalışır.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Vaşinqton Post” yayıb.
"Tramp administrasiyası israr edir ki, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Suriyanın bərpasından və Əsəd hökumətiylə diplomatik münasibətlərin yenilənməsindən imtina etsinlər. Suriyanın bərpasında atılacaq istənilən addım bu ölkələrin ABŞ sanksiyaları ilə qarşılaşmasıyla nəticələnə bilər. Amerika hökuməti çalışacaq ki, Suriyanın izolyasiyası Əsəd siyasi reformlar keçirənə və İran qüvvələrini Suriyadan çıxarana qədər davam etdirsin. Vaşinqton bu barədə müttəfiqlərini BƏƏ-nin keçən ilin dekabrında Dəməşqdə səfirliyini yenidən açmasından sonra xəbərdar edib”, – deyə məlumatda bildirilib.