Xalq küçələrə axışdı - Monteneqroda
03.03.2019
Monteneqronun paytaxtı Podqoritsada keçirilən kütləvi etiraz aksiyaları zamanı aksiyaçılar ölkə başçısı Milo Cukanoviçin istefasını tələb edib.
"Dövran Media" xəbər verir ki, aksiya iştirakçıları prezidentlə yanaşı Baş nazir Duşko Markoviç və ölkə rəhbərliyindəki digər şəxslərin də hakimiyyətdən getməsini istəyir.
Məlumata görə, aksiyaçılar dövlət rəsmilərinə istefa üçün vaxt qoyublar. Onlar həmçinin müxalifət deputatlarını parlament və parlament seçkilərini boykot etməyə çağırıblar.