Qənirə Paşayevadan Abbasovun həbsinə MÜNASİBƏT
03.03.2019
Pəncəli Teymurov kimi öz toy günündə özünə Vətənimiz üçün şəhid ola bilməyi diləyən qəhrəman oğulların ruhunu sızladırdı Fəxrəddin Abbasov adlı vətən xaininin, satqınının əməlləri.
"Dövran Media" xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Rusiyada həbs edilən vətən xaini Fəxrəddin Abbasovun ölkəmizə gətirilməsinə münasibət bildirərkən deyib. Q.Paşayeva qeyd edib ki, F.Abbasovun layiq olduğu cəzanı alacağına inanır:
"Onun layiq olduğu cəzanı alması Vətənimizi bölmək, parçalamaq, zəiflətmək niyyətində olub, xarici qüvvələrə çalışanlara, onların arxasında dayananlara da böyük bir dərs olacaq.
Ziyalılarımızın bu mövqeyi də onlara ciddi bir dərs olacaq. Hər dəfə cənub bölgəmizə səfər edəndə insanlarımızda Vətənimizin bütövlüyünün qorunması, birliyimiz, Qarabağı azad etmək ruhunu, düşüncəsini görməkdən çox məmun oluram. Fəxrəddin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Bu Vətəni, bu milləti heç kim parçalaya bilməz!
Biz birlikdə güclü Azərbaycanıq!”