Əfqan ordusuna yeni hücum
02.03.2019
Taliban terror təşkilatı Əfqanıstanda təhlükəsizlik qüvvələrinə hücum edib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Tqquşma Gilmend vilayətinin cənubunda yaşanıb. Hücum nəticəsində 20 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yerli mətbuat isə hücum nəticəsində 25 əfqan hərbçisi və 9 talibin öldüyü haqqında məlumat yayıb.