Yanğında 100 yaşlı veteran ölüb
01.03.2019
Tbilisinin mərkəzində yerləşən Böyük Vətən Müharibəsi Muzeyində güclü yanğın olub.
Yanğın nəticəsində muzeyin ikinci mərtəbəsindəki kiçik otaqda yaşayan Böyük Vətən Müharibəsinin 100 yaşlı veteranı həyatını itirib. İlkin ehtimallara görə, o, tüstüdən boğulub.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb. Bildirilir ki, ölən şəxs 1918-ci il də anadan olub və onun100-dən çox yaşı var idi.
Muzeydə yanğın söndürülüb, dəymiş ziyanın məbləği dəqiqləşdirilir.