Dünyada pulsuz işləyən GPS-ə gündə 2 milyon dollar xərclənir
01.03.2019
"Dövran Media" dünya KİV-inə istinadən xəbər verir ki, dünya miqyasında yeri müəyyənləşdirən qlobal sistem 24 peykin sayəsində fəaliyyət göstərir.
ABŞ hökuməti peyklərin xidməti və sistemin saxlanılması üçün hər il 750 milyon dolları, yəni gündə 2 milyon dollar xərcləyir. Deyilənə görə, burada hökumət üçün şəxsi mənfəət yoxdur. Sadəcə olaraq, belə bir sistem fəlakətlərin qarşısını almağa və ya qəza halında xilasetməyə tez gəlməyə kömək edir.
"DM"