21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fədayə Laçının məhkəməsi başlayıb

28.02.2019

Bu gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
"Dövran Media"nın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Prosesdə məlum olub ki, Əli Ağami apellyasiya şikayəti verməyib.
Məhkəmə baxışı martın 11-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Müğənni Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan məhrum olunub.